Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edildi

Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edildi
  14 İyul 2021    Oxunub:742
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan müvafiq qərar imzalayıb.

Baş nazirin digər sərəncamı ilə Qriqoryanın Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

Xatırladaq ki, XİN rəhbəri Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca müavinləri - Qaqik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan istefaya gediblər. Sonuncunun istefası qəbul edilməyib, indi müvəqqəti olaraq Ayvazyanı əvəz edir.

"Qraparak" qəzetinin yazdığına görə, Tiqran Seyranyan və Tiqran Mkrtchyan da nazir müavinləri ola bilərlər. Seyranyan ARFD üzvü Spartak Seyranyanın əmisi oğludur. O, Çexiya və Slovakiyada səfir olub, indi Ermənistanın Ukraynadakı səfiridir. Tiqran Mkrtçyan isə Ermənistanın Baltikyanı ölkələrdəki səfiri olub, lakin 15 mart 2021-ci ildə geri çağrılıb və kadr ehtiyatındadır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti