Ermənistanda Konstitusiya Məhkəməsinin hakimi LGTB-nin paradını keçirəcək

   Ermənistanda Konstitusiya Məhkəməsinin hakimi LGTB-nin paradını keçirəcək
  14 İyul 2021    Oxunub:2129
Ermənistanda yüksək rütbəli məmurun dəstəyi ilə LGTB-nin yürüşü planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə "İravunk" qəzeti yazıb. Belə ki, LGTB paradının yaxın zamanlarda baş tutacağı bildirilir:

"Konstitusiya Məhkəməsinin hakimi Vahe Qriqoryan "Qadın Resurs Mərkəzi" QHT-nin təsisçisi və həmsədri Lara Aqaronyan ilə tez-tez görüşür. Aqaronyan Ermənistanda daha çox "LGTB cəmiyyəti"nin müdafiəçisi kimi tanınır. Mənbəmizin verdiyi məlumata görə Aqaronyan və Vahe Qrigoryan bir-birinə çox yaxındır".

Nəşr iddia edir ki, bu iki şəxsin "LGTB cəmiyyət"i ilə əlaqəli yeni proqramları var. Aqaronyan-Qriqoryan duetinin proqramı isə Ermənistanda LGTB paradının keçirilməsinə əsaslanır.

Tural Tağıyev
Azvision.az



Teqlər: LGTB   Ermənistan   Parad  



Xəbər lenti