Bayden Türkiyəyə yeni səfir namizəd irəli sürüb

Bayden Türkiyəyə yeni səfir namizəd irəli sürüb
  14 İyul 2021    Oxunub:945
ABŞ Prezidenti Co Bayden Türkiyəyə səfir postuna Ceff Fleykin namizədliyini irəli sürüb.
Azvision.az bu barədə “CNN”ə istinadən xəbər verir.

"Senat təsdiqləsə, xaricdə ABŞ-ın maraqlarını təmsil edən güclü, təcrübəli və bacarıqlı bir komandaya qoşulmaqdan məmnun olacağam", - Fleyk bildirib.

Onun sözlərinə görə, bu namizədliklə Bayden Administrasiyası Amerika xarici siyasətinin və diplomatiyasının ən yaxşı ənənəsini bir daha təsdiqləyir. ABŞ xarici siyasəti iki partiyalı ola bilər və olmalıdır.

Respublikaçı Ceff Fleyk daha əvvəl Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub. O, sabiq prezident Donald Trampın ən açıq tənqidçilərindən biri olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Türkiyə   Səfir  





Xəbər lenti