İranlılar İrəvan küçələrində gecələyirlər: Vaksin növbəsi narazılıq yaratdı- VİDEO

      İranlılar İrəvan küçələrində gecələyirlər:   Vaksin növbəsi narazılıq yaratdı-   VİDEO
  14 İyul 2021    Oxunub:3104
Xəbər verdiyimiz kimi son günlər xeyli sayda İran vətəndaşı COVİD-19 əleyhinə peyvənd olunmaq üçün Ermənistana üz tutur. İş o yerə çatıb ki, hətta Mehri gömrük keçid məntəqəsində böyük tıxac yaranıb.
Azvision.az xəbər verir ki, buna səbəb kimi ölkədə vaksinasiya ilə bağlı siyasi problemlərin mövcudluğu, vaksinlərin keyfiyyətinə inamsızlıq, eləcə də peyvəndləmə prosesinin ləng getməsi göstərilir.

Vaksin və viski müəmması: İranlılar Ermənistan gömrüyünə axışdılar- VİDEO
Bu gün isə Ermənistan mediası cənubdan gələn insan axınının sayının hədsiz artmasından gileylənib. Saytlar vaksin olunmaq üçün növbəyə dayanan İran vətəndaşlarının hətta gecələr İrəvan küçələrində yatdığını yazırlar. Bununla bağlı video və fotolar sosial mediada da yayılıb. Bəzi müxalif saytlar isə belə davam edəcəyi təqdirdə ermənilərin özlərinin vaksin problemi ilə üzləşəcəyini yazırlar.







Qeyd edək ki, Ermənistan mayın 1-də Çindən 100.000 doza vaksin yardımı alıb. Həmçinin, Dünya Səhiyyə Təşkilatının COVAX proqramı çərçivəsində 24.000 AstraZeneca vaksin, əlavə olaraq da Rusiyadan 30.000-dən çox "Sputnik V" vaksini alıb. Ancaq ölkədə təklif olunan istənilən vaksinə inamsızlıq var, əhali vaksinlənmədən imtina edir.

Tural Tağıyev
Azvision.az



Teqlər:  



Xəbər lenti