İsraildə BƏƏ səfirliyi açılıb

   İsraildə BƏƏ səfirliyi açılıb
  14 İyul 2021    Oxunub:628
Təl-Əvivdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səfirliyinin açılışı olub.
Azvision.az xəbər verir ki, mərasimdə İsrailin yeni Prezidenti İshak Hersoq da iştirak edib.

"Yeni başladığım İsrail Prezidenti vəzifəsində BƏƏ-nin ölkədəki səfirliyinin tarixi açılışında iştirak etmək fürsətinə sahib olduğum üçün çox xoşbəxtəm. Biz mümkünsüz olanı mümkün etdik", - Hersoq bildirib.

Xatırladaq ki, iyun ayının sonunda İsrailin Əbu-Dabidəki səfirliyinin açılışı olub, daha sonra Təl-Əvivin Dubayda Baş konsulluğu fəaliyyətə başlayıb.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında İsrail ilə müxtəlif səviyyələrdə bir sıra təmaslardan sonra iki Körfəz ölkəsi - BƏƏ və Bəhreyn ABŞ-ın vasitəçiliyi ilə əlaqələri tamamilə normallaşdırmaq üçün razılaşma imzaladılar. Razılaşmada səfirliklərin açılması, birbaşa hava əlaqəsinin qurulması, hökumət üzvlərinin ziyarətləri və turist səyahətləri nəzərdə tutulurdu.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: İsrail   BƏƏ   Səfirlik  





Xəbər lenti