Əfqanıstanda sutka ərzində 200-dək yaraqlı məhv edilib

Əfqanıstanda sutka ərzində 200-dək yaraqlı məhv edilib
  14 İyul 2021    Oxunub:791
Əfqanıstan Silahlı Qüvvələri ilə “Taliban” qruplaşması arasında atışmalar nəticəsində son 24 saatda 191 yaraqlı ölüb, 154 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qruplaşma üzvləri Paktiya, Gilmend, Qənzi, Host, Qəndahar, Herat, Nimruz və Takar əyalətlərində gedən döyüşlərdə zərərsizləşdirilib. M'lumata g[r'? 14 müxtəlif növ mina da zərərsizləşdirilib.

Xatırladaq ki, Əfqanıstanda kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən "Taliban" böyük şəhərlərə qarşı hücuma başlayıb. ABŞ və beynəlxalq koalisiyanın öz qoşunlarını geriçəkməsi fonunda ölkədə gərgilik daha da artmaqdadır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban   Hücum  



Xəbər lenti