"Dartanyan" da kovid oldu?

"Dartanyan" da kovid oldu?
  14 İyul 2021    Oxunub:2613
Rusiyanın xalq artisti Mixail Boyarski Moskvada koronavirus diaqnozu ilə xəstəxanaya qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə “Mash na Moyke” Telegram kanalı məlumat yayıb.

Kanalın bildirdiyinə görə, aktyor artıq yeddi gündür ki, xəstədir. Üç gün qabaq onu Botkinski xəstəxanasında həkim nəzarətinə götürüblər. 71 yaşlı Boyarski özünü yaxşı hiss etdiyini deyib.

Boyarski özü “Zvezda” kanalına verdiyi açıqlamada xəbəri təkzib edib: “Sizin məlumatınız doğru deyil!” – o deyib.

Xatırladaq ki, bu il fevral ayının 16-da Mixail Boyarskinin yüksək temperatur və KRVİ (kəskin respirator virud infeksiyası) diaqnozu ilə Sankt-Peterburq şəhərində hospitallaşdırıldığı xəbəri yayılmışdı. Elə həmin gün qeyd edilmişdi ki, onu COVID-19-a qarşı vaksinasiya etdikdən 10 gün sonra xəstəxanaya yerləşdiriblər. Həyat yoldaşı Larisa Luppian sonradan ehtimal etmişdi ki, aktyorun özünü pis hiss etməsinin səbəbi onun orqanizminin peyvəndə reaksiyası ilə bağlı ola bilər. Boyarskinin koronavirus infeksiyasına yoluxmasıyla bağlı analizin cavabı mənfi çıxmış və fevralın 19-da Xalq artistini evə buraxmışdılar.

Azvision.az



Teqlər: Boyarski   kovid  





Xəbər lenti