TRT-nun yeni rəhbəri kimdir?
Albayrak 2003-cü ildə Erciyes Universitetinin Gözəl Sənətlər fakültəsinin rəsm bölməsini bitirib. 2005-ci ildə Mərmərə Universitetində magistr dərəcəsini alıb. Onun filmləri, videoları, rəsmləri, fotoşəkilləri dünyanın bir çox şəhərində, o cümlədən Parisdə, Nyu-Yorkda, Moskvada, İstanbulda, Almaniya, İngiltərə, Fransa, Hollandiya, Cənubi Koreya, Meksika, Makedoniya v ə digər ölkələrdə sərgilənib.
Mədəniyyət və Turizm Nazirliyinin 4 mühüm mükafatına layiq görülüb.
O, menecer, münsiflər heyətinin üzvü, komissiya üzvü və müxtəlif qurumlarda mütəxəssis kimi işlərdə çalışması ilə ynaşı, Türkiyə Respublikası Mərkəzi Bankının xarici və yerli sərgilərinin sözçüsü və kuratoru kimi fəaliyyət göstərib, eyni zamanda Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında mühazirələr oxuyub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: TRT ƏhmədAlbayrak







Vaxtında, Aydın, Lazımlı!


