Xəzərin sahilində bir neçə istirahət mərkəzi cərimələndi

İyulun 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilən tədbir zamanı isə Xəzər dənizinin sahil zolağında yerləşən “Mirvari”, “Gold Sea”, “Caspi”, “Bayraq” və “Dəniz” istirahət mərkəzlərində sanitariya-gigyena qaydalarının pozulması faktları aşkar edilib. Həmin istirahət mərkəzlərinin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Azvision.az