Makkallum Rusiya və Çinin təhdidlərini terrorizmlə müqayisə edib
Qeyd olunub ki, Makkallum çıxışında konkret ölkələrdən bəhs etməsə də, söhbətin ilk növbədə Rusiya və Çindən getdiyi məlumdur.
"Vaxt keçdikcə, vətəndaşların bir sıra dövlətlərin təhdidlərindən eyni dərəcədə xəbərdar olmalarını təmin etməliyik", - Makkallum bildirib.
Eyni zamanda, o, xarici məxfi xidmət işçilərinin Britaniyada aktiv fəaliyyət göstərdiyini söyləyib.
"Biz, xarici casusların Britaniyadakı sadə insanlarla əlaqə qurmaq üçün 10 mindən çox cəhd göstərdiyini bilirik. Xarici casuslar yalnız ölkə hökumətinə deyil, həmçinin təhsil müəssisələrinə də sızıb".
Xatırladaq ki, 2020-ci ilin martında Ken Makkallum MI5 əks-kəşfiyyat xidmətinin yeni rəhbəri təyin edilib. Elə həmin ilin payızında xidməti daha açıq hala gətirmək və vətəndaşların diqqətini cəlb etmək üçün yeni metodlardan istifadə etmək niyyətində olduğunu söyləyib. Bunun MI5-in daha uğurlu olmasına imkan verəcəyini düşünür.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Britaniya







Vaxtında, Aydın, Lazımlı!


