Rusiya daha iki ölkə ilə uçuşlarını bərpa edir

Rusiya daha iki ölkə ilə uçuşlarını bərpa edir
  14 İyul 2021    Oxunub:1112
Rusiya 24 iyuldan başlayaraq Fransa və Çexiya ilə birbaşa uçuşları bərpa edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin koronavirus infeksiyası ilə mübarizə üzrə operativ qərargahından bildirilib.

Müvafiq qərar baş nazirin müavini Tatyana Qolikovanın rəhbərliyi ilə operativ qərargahın iclasında qəbul edilib.

Müzakirələrin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq, qarşılıqlı əsasda Moskva - Paris, Moskva - Nitsa reysi üzrə həftədə dörd, Sankt-Peterburq - Paris, Sankt-Peterburq - Nitsa marşurutu üzrə iki reys yerinə yetiriləcək.

Moskva - Praqa marşrutu üzrə həftəfdə 4 reys icra olunacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Paris   Praqa  



Xəbər lenti