“Delta” ştammı 111-dən çox ölkədə yayılıb

“Delta” ştammı 111-dən çox ölkədə yayılıb
  14 İyul 2021    Oxunub:979
“Dünya koronavirus pandemiyasının yeni dalğasının başlanğıc mərhələsindədir”.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bəyan edib.

“İndi üçüncü dalğanın ilkin mərhələsindəyik. Koronavirusdan ölüm sayı əvvəlki 10 həftə ərzində davam edən azalmadan sonra ilk dəfə artmağa başlayıb. “Delta” ştammı yoluxmanın sürətlə artamsına səbəb olan əsas amillərindən biridir. “Delta” ştammı hazırda 111-dən çox ölkədə mövcuddur”-, deyə ÜST rəhəri bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin əksəriyyəti vaksinlərdən istifadə edə bilmədiyi üçün tamamilə virusdan asılıdırlar.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti