|
| Çində yarasalarda yeni koronavirus aşkarlanıb |
Qebreyesusun sözlərinə görə, Avropa və Şimali Amerikada aparılan peyvəndlənmə nəticə verməyə başlamışdı. İnfeksiyaya yoluxma və virusdan ölüm hallarında azalma hiss olunurdu. Ancaq vəziyyət yenidən dəyişib və dünya "üçüncü dalğa"nın başlanğıcındadır. Artımın əsas drayveri isə "Hindistan ştammı"dır.
- Hazırda virusun delta variantı 111-dən çox ölkədə qeydə alınıb. Biz onun tezliklə “COVİD-19”un bütün dünyada cövlan edən dominant ştammı olacağını gözləyirik. Əgər artıq olmayıbsa... – Qebreyesus bildirib.
O, vaksinin ölkələr arasında qeyri-bərabər paylanmasına da diqqət çəkərək, bunu “şokedici” adlandırıb. “Mən sentyabra qədər hər bir ölkədə əhalinin azı 10%-nin, ilin sonuna qədər 40%-nin, gələn ilin ortalarına qədər 70%-nin vaksinlənməsinə çaqğırıram”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


