Bir gecədə 347 əfqanıstanlı Tacikistana keçib

Bir gecədə 347 əfqanıstanlı Tacikistana keçib
  15 İyul 2021    Oxunub:866
Ötən gecə “Taliban” qruplaşmasından qaçan 347 Əfqanıstan vətəndaşı Tacikistana keçib. Onların 77-si qadın, 177-si uşaqdır.
Azvision.az xəbər verir ki, qaçqınlar Dağ Bədəxşan Muxtar Vilayətində çadır şəhərciklərinə yerləşdirilib.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinin məlumatına görə, onlar Əfqanıstanın Bədəxşan əyalətinin Andemin kəndinin sakinləridir.

Xatırladırıq ki, dünən Tacikistan sərhədini 128 qaçqın keçib. İndiyədək Tacikistan ərazisinə 1500 əfqan hərbçisi, 1512 mülki vətəndaş keçib.

Azvision.az



Teqlər: Əfqanıstan   Tacikistan   Qaçqın  





Xəbər lenti