Pakistanın sabiq prezidenti vəfat edib

Pakistanın sabiq prezidenti vəfat edib
  15 İyul 2021    Oxunub:1203
Pakistanın sabiq prezidenti Məmnun Hüseyn 81 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Geo TV siyasətçinin oğluna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, sabiq prezident xərçəng xəstəliyindən əziyyət çəkirdi və son iki həftə ərzində xüsusi xəstəxanada müalicə alıb.

Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın prezidenti olub. Daha əvvəl isə Sind əyalətinin qubernatoru olub. Pakistanın hazırkı prezidenti Arif Alvi M.Hüseynin vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib.

Məmnun Hüseyn 23 dekabr 1940-cı ildə Hindistanın Aqra şəhərində biznesmen ailəsində anadan olub. Siyasi karyerasına 1969-cu ildə Müsəlman Liqasına qoşulmaqla başlamışdı. 1999-cu ildə Sind qubernatoru vəzifəsini icra edib, hərbi çevriliş nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 2013-cü ilin iyul ayında Pakistanın 12-ci prezidenti seçilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Pakistan   Prezident   MəmnunHüseyn  



Xəbər lenti