Prezident seçkilərində məğlub olan Tramp dövlət çevrilişi planlaşdırırmış

Prezident seçkilərində məğlub olan Tramp dövlət çevrilişi planlaşdırırmış
  15 İyul 2021    Oxunub:1204
ABŞ Silahlı Qüvvələri qərargahları rəisləri birləşmiş komitəsinin sədri Mark Milli keçmiş prezident Donald Trampın seçkidə məğlub olduqdan sonra dövlət çevrilişinə cəhd edə biləcəyindən narahatlığını ifadə edib.
Azvision.az xəbər verir ki, bu haqda “The Washington Post” nəşrinin jurnalistləri – Kerol Leonninqin və Filif Rakerin yazdığı kitabda yazılıb. Kitabda buna həsr olunmuş hissəni CNN telekanalı yayıb.

Gələn həftə çap olunacağı planlaşdırılan “Mən bunu düzəldə bilmərəm” adlı kitabda iddia olunur ki, Mark Milli və digər yüksək çinli məmurlar Trampı durdurmağa çalışıblar. Onlar onun qanunsuz və təhlükəli saydıqları əmrlərini yerinə yetirməkdən imtina edərək, vəzifələrindən istefa veriblər.
Müəlliflər iddia edir ki, Mark Milli öz dostları, qanunvericilər və həmkarları ilə dövlət çevrilişi təhlükəsi haqqında danışıb, çünki baş verə biləcək hadisənin qarşısını almaq üçün “ayıq-sayıq” olmalı olduğunu hiss edib.

“Onlar cəhd edə bilərlər, ancaq uğur qazana bilməyəcəklər. Siz bunu ordusuz edə bilməzsiniz. Siz bunu MKİ və FTB olmadan edə bilməzsiniz. Biz silahlı oğlanlarıq”, - o bəyan edib.

Jurnalistlər kitabı yazarkən 140 mənbədən istifadə etdikləri haqda danışıblar. Müəlliflərin sözlərinə görə, Mark Milli Trampı “itirəcək heç bir şeyi olmayan klassik avtoritar lider” kimi xarakterizə edib və hətta onunla Adolf Hitler arasında paralellər də görüb.

Bundan əvvəl tarixçilər Trampı ABŞ-ın ən pis prezidentlərindən biri adlandırmışdılar.

Nadir Quliyev
Azvision.az



Teqlər: Tramp   Dövlər-çevrilişi   ABŞ  





Xəbər lenti