Ermənistanda koronavirusa yoluxanların sayı 227 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 227 minə çatır
  15 İyul 2021    Oxunub:930
Ermənistanda son sutka ərzində daha 193 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 226 949 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4556-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1110 nəfərdir. Aktiv xəstələrin sayı 3261 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  



Xəbər lenti