"İlham Əliyev Türkiyə və Azərbaycanın Zəngəzur arzusunu reallaşdırır"- İşxanyan
Azvision.az xəbər verir ki, mövzu ilə bağlı yerli mediaya açıqlama verən İşxanyan erməni cəmiyyəti ilə yanaşı mövcud hakimiyyəti də tənqid edib:
O, Zəngəzur məsələsindən söz açarkən qeyd edib ki, Azərbaycan Prezidenti Türkiyə və Azərbaycanın arzusunu reallaşdırır. İşxanyan indiki Ermənistan rəhbərliyinin mövcud siyasəti sayəsində bu arzunun reallığa çevriləcəyinə inandığını da vurğulayıb.
"Beləliklə, özünüzü boşuna yormayın, amma səmimi olun. Düzünü desəm, bizdə İlham Əliyevin Ermənistanın əvvəllər mövcud olmadığı, bu tarixi torpaqların Azərbaycana aid olması barədə səsləndirdiyi fikirlərdə haqlı olmasına dair şayiələr yayılıb",-erməni hüquq müdafiəçisi bildirib.
Tural Tağıyev
Azvision.az
Teqlər: Şuşa Qarabağ Erməni Azərbaycan Zəngəzur