Xainlərə imkan verilmədi - Türkiyə MN

Xainlərə imkan verilmədi -    Türkiyə MN
  15 İyul 2021    Oxunub:746
15 iyulda xainlərə imkan verməyən nəcib millətimizi hörmətlə salamlayır, şəhidlərimizi rəhmətlə yad edirik.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitter səhifəsində paylaşım edib.

“Türkiyənin yenilməz olduğunu deyən qəhrəman qazilərimizə sağlam və xoşbəxtlik dolu uzun ömür diləyirik”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, beş il əvvəl - iyulun 15-dən 16-na keçən gecə FETÖ terror təşkilatı Türkiyədə legitim hakimiyyəti hərbi yolla ələ keçirməyə cəhd göstərdi. Lakin türk xalqı öz lideri Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını aldı. Həmin gün Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

FETÖ-nun hərbi çevriliş cəhdi nəticəsində 251 nəfər şəhid olub, 2196 nəfər isə yaralanıb.

Azərbaycan dövləti və xalqı hadisənin ilk anlarında dövlət çevrilişinə cəhdi pisləyərək, qardaş ölkəyə dəstəyini ifadə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   MüdafiəNazirliyi  



Xəbər lenti