"Taliban" atəşkəs şərtlərini açıqladı
Onun sözlərinə görə, üç aylıq atəşkəs təklifi müqabilində qruplaşma daha əvvəl həbs olunan 7 min tərəfdarının azad edilməsi tələbini irəli sürüb.
"Bu, ciddi bir tələbdir. Artıq 5 min “Taliban” üzvünün həbsdən azad edilməsinin vəziyyəti yaxşılaşdırmadığını və hətta gərginləşdirdiyini gördük”, - o bildirib.
Mətbuat konfransı Əfqanıstan nümayəndə heyətinin danışıqlar üçün Dohaya səfərindən əvvəl keçirilib. Ötən ilin sentyabr ayından bəri davam edən danışıqlar bir neçə dəfə dayandırılıb. Bu yaxınlarda yenidən bərpa olunub.
Doha görüşündə 11 nəfərlik Kabil nümayəndə heyətinin tərkibində Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai və Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullahın da yer alacağı gözlənilir. "Taliban" nümayəndə heyətinə əsas danışıqları aparan Əbdül Qani Baradar rəhbərlik edəcək.
Xatırladaq ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan ölkədə vəziyyət pisləşib. "Taliban" Əfqanıstanın böyük hissəsində nəzarəti ələ aldığını iddia edir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan Taliban Sülh







Vaxtında, Aydın, Lazımlı!


