Aİ Şurasının rəhbəri sabah Ermənistana gedir

Aİ Şurasının rəhbəri sabah Ermənistana gedir
  15 İyul 2021    Oxunub:1891
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat yerləşdirilib.

Mişelin rəhbərlik etdiyi nümayəndə heyəti 16-17 iyul tarixlərində Ermənistanda olacaq.

Bundan əvvəl, Mişel baş nazir vəzifəsini icra edən Nikol Paşinyana erkən parlament seçkilərindəki qələbəsi münasibətilə göndərdiyi məktubda Aİ-nin islahatların daha da dərinləşməsi prosesində Ermənistanı dəstəklədiyini qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ŞarlMişel   Ermənistan   səfər  



Xəbər lenti