Cənubi Afrikadakı iğtişaşlarda ölənlərin sayı 117-yə çatıb

Cənubi Afrikadakı iğtişaşlarda ölənlərin sayı 117-yə çatıb
  15 İyul 2021    Oxunub:827
Cənubi Afrika Respublikasında (CAR) keçmiş prezident Ceykob Zumanın həbsi ilə əlaqəli başlamış iğtişaşlarda ölənlərin sayı 117-yə çatıb.
Azvision.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Qeyd edilib ki, bu gün ölkənin Polis Xidmətinə Qautenqdəki iğtişaşlarda 26 nəfərin öldüyü barədə məlumat daxil olub. Bundan əvvəl isə Kvazulu-Natal əyalətindəki qarşıdurmalarda 91 nəfər ölüb, 1500-ə yaxın şəxs saxlanılıb.

Cənubi Afrikada Zumaya məhkəmənin çıxardığı hökmlə əlaqədar olaraq keçən həftədən iğtişaşlar başlayıb. Əraziyə ehtiyat qüvvələri cəlb edilib.

Xatırladaq ki, sabiq prezident Zuma məhkəməyə hörmətsizliyinə görə 15 aylıq həbsə göndərilib. Könüllü şəkildə polisə təslim olan Ceykob Zuma cəzasını doğulduğu Kvazulu-Natal əyalətindəki həbsxanada çəkəcək.

O, CAR-ın yeni tarixində həbs cəzasına məhkum edilən ilk sabiq dövlət başçısıdır.
Ötən həftə CAR-ın Konstitusiya Məhkəməsi Zumanı vəzifədə olduğu 2009-2018-ci illər arasında korrupsiya barədə istintaq çərçivəsində ifadə vermək təlimatını yerinə yetirmədiyi üçün 15 ay həbs cəzasına məhkum edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CAR   İğtişaşlar  





Xəbər lenti