BƏƏ yeni texnologiyanı sınaqdan keçirib: 50 dərəcə istidə süni yağış yağdırdılar- VİDEO
Belə ki, əmirliyin hava proqnozu mərkəzinin yaydığı məlumata görə, gündüz 50 dərəcə isti olmasına baxmayaraq, quru yay mövsümündə yağış yağmasına səbəb olan yeni texnologiyalar sınaqdan keçirilib.
"Yağışlar Həcər dağ silsiləsindəki Hatta kəndinin şimalına, Vadi al-Xilyu, Kalba roud və Xuvaylat bölgələrinə yağıb",-rəsmi məlumatda deyilir.
Milli Meteoroloji Bürosu istiliyin 47 dərəcəyə qədər yüksəldiyi Abu Dabi əmirliyindəki Al Ain şəhəri yaxınlığında yaşayış məntəqələrində yağış yağdığını bildirib.
Tural Tağıyev
Azvision.az