Almaniyada daşqın qurbanlarının sayı 45-ə çatdı

Almaniyada daşqın qurbanlarının sayı 45-ə çatdı
  15 İyul 2021    Oxunub:1663
Almaniyada son günlərin ən böyük təbii fəlakətlərindən sayılan daşqınlar səbəbindən ölənlərin sayı 45 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "N24" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Almaniyanın qərbindəki Reynland-Pfalç və Şimali Reyn-Vestfaliya federal əyalətlərindəki güclü yağışların yaratdığı selin xeyli sayda itkilərə səbəb olduğu deyilirdi. Qurbanların sayının ən az 40 nəfər olduğu bildirilmişdi. Onlarla insanın hələ də itkin olduğu söylənilir, su basmış yollar və dağılmış körpülər səbəbindən bəzi yaşayış məntəqələrinə giriş hələ də mümkün deyil. Şimali Ren-Vestfaliyanın beş bölgəsində, bəndin uçması təhlükəsi ilə əlaqədar olaraq əhalinin evakuasiyası davam etdirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Daşqın   Almaniya  





Xəbər lenti