Almaniyada daşqın qurbanlarının sayı 80-ə çatdı

Almaniyada daşqın qurbanlarının sayı 80-ə çatdı
  16 İyul 2021    Oxunub:1233
Almaniyada daşqınlar səbəbindən ölənlərin sayı 80 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Ölkənin Reynland-Pfalç və Şimali Reyn-Vestfaliya federal əyalətlərindəki güclü yağışların yaratdığı sel ağır fəsadlara səbəb olub. Reynland-Pfalçda 50, Şimali Reyn-Vestfaliya isə 30 nəfər daşqınların qurbanı olub. Daha çox zərər görən Arvayler bölgəsində təxminən 1300 nəfər itkin düşüb. Su basmış yollar və dağılmış körpülər səbəbindən bəzi yaşayış məntəqələrinə giriş hələ də mümkün deyil. Həmçinin, mobil şəbəkə kəsilib.

Almaniya ordusu təbii fəlakətdən təsirlənən bölgələrə kömək üçün daha 850 əsgər göndərib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya   Daşqın  





Xəbər lenti