Ermənistanda siyasi təqiblər davam edir: Sisian meri də həbs edildi

   Ermənistanda siyasi təqiblər davam edir:   Sisian meri də həbs edildi
  16 İyul 2021    Oxunub:1756
Ermənitsanda seçkilər sonrası siyasi təqiblərin artması diqqət çəkir.
Azvision.az xəbər verir ki, yerli media bu gün daha bir merin saxlanılması barədə məlumat yayıb.
"Hüquq mühafizə orqanlarının əməkdaşları Sisian meri Artur Sarkisyanı sorğu-sual üçün görüşə dəvət ediblər. Mərkəzi Seçki Komissiyası onu toxunulmazlıqdan məhrum edib. Beləcə Sarkisyan saxlanılaraq və təkadamlıq kameraya yerləşdirilib. Qeyd etmək lazımdır ki, son zamanlar "Ermənistan" blokunun üzvləri olan Sünik(Zəngəzur-red.) merlərinin çoxu saxlanılaraq incidilib və ya həbs edilib. Nikol Paşinyan çəkicini fırlatmağa davam edir",-məqalədə yazılıb.

Qeyd edək ki, iyulun 10-da Ermənistanın Sünik bölgəsinin Kaçaran şəhərinin meri Manvel Paramazyan da iki ay müddətinə həbs edilmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Mer   Həbs   Ermənistan  



Xəbər lenti