"Taliban"a təslim olmayacağıq - Əşrəf Qani
Cümə axşamı Daşkənddə "Mərkəzi və Cənubi Asiya: regional bağlantı. Çağırışlar və imkanlar " mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb.
Konfransın işində Özbəkistan və Əfqanıstan prezidentləri Şavkat Mirziyoyev və Əşrəf Qani, Pakistanın Baş naziri İmran Xan, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edirlər.
“Mövcud maneələrə baxmayaraq “Taliban"la danışıqlar aparmaq üçün bütün tədbirlərdən istifadə edəcəyik və onlara təslim olmayacağıq", - Qani konfransda çıxışı zamanı vurğulayıb.
Onun sözlərinə görə, son aylarda Pakistandan Əfqanıstana çox sayda yaraqlının keçdiyi müşahidə edilir. Prezidentə görə, "Taliban”ın təklif etdiyi yeganə seçim ya onların tərəflərinə keçmək, ya da təslim olmaqdır. Qani, müxtəlif beynəlxalq müşahidəçilər arasındakı konsensusa baxmayaraq, onların dəstəyi təmin etmək üçün heç bir addım atmadıqlarını söyləyib.
Xatırladaq ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması fonunda ölkədə vəziyyət pisləşməkdədir. ABŞ rəhbərliyi, qoşunların çıxarılmasının 11 sentyabradək yekunlaşacağını bəyan edib. "Taliban" ölkənin böyük hissəsinə nəzarət etdiyini bildirir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan ƏşrəfQani







Vaxtında, Aydın, Lazımlı!


