Tixanovskaya ABŞ-a gedir

Tixanovskaya ABŞ-a gedir
  16 İyul 2021    Oxunub:992
Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya 18 iyulda ABŞ-a işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə onun “Telegram” kanalında məlumat paylaşılıb.

Səfər zamanı o, Vaşinqton, Nyu- York və Kaliforniyada olacaq. Keçmiş prezidentliyə namizəd siyasətçilər, mütəxəssislər və diasporla yüksək səviyyəli görüşlər keçirəcək.
Onun ABŞ-a səfər proqramının hazırlığı yekunlaşmaq üzrədir. Tixanovskayanın komandası proqram tam hazır olduqdan sonra konkret görüşlər barədə məlumat verəcək.

Xatırladaq ki, keçən ilin avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası rəsmi olaraq Aleksandr Lukaşenkonun qalib gəldiyini elan edib. Qələbə qazandığını iddia edən Tixanovskaya isə Belarusu tərk edərək Litvaya gedib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Tixanovskaya   ABŞ   Səfər  





Xəbər lenti