Əfqanıstanda "Reuters”in fotomüxbiri öldürülüb
Siddiki 2018-ci ildə Myanmadan qaçan Rohingya müsəlmanlarına həsr olunmuş fotolarına görə "Bədii fotoqrafiya" nominasiyası üzrə "Pulitzer" mükafatını qazanıb.
O, həmçinin Asiya, Orta Şərq və Avropadakı bir çox mühüm hadisələri, Hon Konqdakı etirazları və İsveçrədə sığınacaq axtaranların yaşayış şəraitini əhatə edən vacib mövzuları işıqlandırıb.
"Reuters"lə yanaşı onun işləri "The New York Times", "Time Magazine", "Forbes", "The Guardian", "CNN" və "Al-Jazeera" da daxil olmaqla bir sıra neçə jurnal və qəzetlərdə nəşr edilib.
Xatırladaq ki, bundan əvvəl "Taliban" qruplaşması Pakistanla sərhəddə əhəmiyyətli bir strateji nöqtəyə nəzarət etdiyini bildirib. Pakistan-Əfqanıstan sərhədindəki Spin- Boldak bölgəsi ticarət baxımından strateji nöqtə hesab olunur.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan Jurnalist Ölü







Vaxtında, Aydın, Lazımlı!


