Aİ Şurasının prezidenti Azərbaycana səfər edəcək

   Aİ Şurasının prezidenti Azərbaycana səfər edəcək
  16 İyul 2021    Oxunub:1337
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

"Aİ Şurasının Prezidenti iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, prezident Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək", - Leyts əlavə edib.

Ş. Mişelin İrəvana səfəri bu gün başlayır. O, iyulun 16-da Nikol Paşinyanla işgüzar şam yeməyində bir araya gələcək, iyulun 17-də isə tərəflər arasında rəsmi görüş keçirəcək. Daha sonra mətbuat konfransı olacaq. Həmin gün Aİ rəsmisi Ermənistan prezidenti Armen Sarkisyanla görüşəcək.

İyulun 18-də Aİ Şurasının rəhbəri Bakıda Prezident İlham Əliyevlə görüşəcək, sonra mətbuat konfransı keçiriləcək.

Aİ rəsmisi iyulun 19-da Batumi beynəlxalq konfransında iştirak edəcək. Ş.Mişel Gürcüstanda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: ŞarlMişel   Azərbaycan   Səfər  



Xəbər lenti