CAR-da iğtişaşlar zamanı ölənlərin sayı 212 nəfərə çatıb

CAR-da iğtişaşlar zamanı ölənlərin sayı 212 nəfərə çatıb
  16 İyul 2021    Oxunub:871
Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal və Qautenq əyalətlərində iyulun 8-dən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.
Azvision.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Qautenq əyalətində 32 nəfər ölüb, ümumilikdə 862 nəfər saxlanılıb. Kvazulu-Natalda isə 180 nəfər iğtişaşların qurbanı olu, 1692 nəfər tutulub. Hər iki əyalətdə vəziyyətin artıq normallaşmağa başladığı bildirilir.

Xatırladaq ki, ötən həftə Kvazulu-Natal əyalətindən olan ölkənin sabiq prezidenti Ceykob Zumanın həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyaları başlayıb. Etirazçılar mağazaları, anbarları, yanacaqdoldurma məntəqələrini və ofisləri qarət ediblər. İğtişaşlar sonradan qonşu Qautenq əyalətinə də yayılıb. İğtişaşların baş verdiyı regiona qoşun hissələri yeridilib.

Sabiq prezident korrupsiyada təqsirli bilinir.

Azvision.az



Teqlər: CAR   İğtişaş  





Xəbər lenti