Haiti prezidenti gələn həftə dəfn olunacaq

Haiti prezidenti gələn həftə dəfn olunacaq
  16 İyul 2021    Oxunub:1611
İyulun 7-də iqamətgahına silahlı hücum zamanı qətlə yetirilmiş Haiti prezidenti Jovenel Moiz gələn həftə dəfn ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin rabitə və mədəniyyət naziri Enrikes Pradel bildirib.

"İyunun 20-də hökumət üzvləri Jovenel Moizen xatirəsini hörmətlə yad edəcək, iyulun 22-də anım günü, 23-də isə dəfn mərasimi olacaq", - nazir deyib.

Onun sözlərinə görə, dəfn mərasimi ailənin istəkləri və qanuna uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, silahlı hücum zamanı ağır yaralanan prezidentin xanımı Martin Moiz Mayamidə müalicə alır.

Azvision.az



Teqlər: Haiti   Prezident   Dəfn  





Xəbər lenti