Qurban bayramı ilə əlaqədar vebinar keçirilib

Qurban bayramı ilə əlaqədar vebinar keçirilib
  16 İyul 2021    Oxunub:1181
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qurban bayramı ilə əlaqədar vebinar keçirilib.
İnstitutdan Azvision.az –a verilən məlumata görə, “ZOOM” proqramı vasitəsilə keçirilən tədbirdə Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələr iştirak ediblər.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov vebinar iştirakçılarını salamladıqdan sonra, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbriklərini çatdırıb.
Qurban bayramının pandemiya dövrünə təsadüf etdiyini vurğulayan rektor istər qurban kəsimi, istərsə də Bayram namazı və bayramlaşma zamanı xüsusi karantin rejiminin qaydalarına və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə riayət etməyə səsləyib.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini, müfti Hacı Salman Musayev İslamda Qurban ibadətini tarixi və dini baxımdan izah edib, bayram haqqında ətraflı məlumat verib.
Müfti Hacı Salman Musayev daha sonra Aİİ tələbələrinin üzərinə düşən məsuliyyəti qeyd edib. Bildirib ki, ali təhsil müəssisəsini bitirən tələbələr İslam dinini doğru şəkildə araşdırmalı və düzgün formada insanlara çatdırılmasında məsuliyyətli olmalıdırlar. O, tələbələrə bu yolda uğurlar arzu edib.

Azvision.az



Teqlər:





Xəbər lenti