Britaniyada gündəlik yoluxma sayı 50 mini keçdi

Britaniyada gündəlik yoluxma sayı 50 mini keçdi
  17 İyul 2021    Oxunub:716
Böyük Britaniyada koronavirusa yoluxmalarla bağlı yenidən gərgin vəziyyət yaranıb. Azvision.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilir ki, son sutkada ölkədə 51 870 yeni yoluxma hadisəsi qeydə alınıb.
Bu, 15 yanvar tarixindən bəri ən yüksək göstəricidir. Ümumilikdə, pandemiya başlayandan bəri ölkədə 5.332371 yoluxma aşkar edilib.

Ötən gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 717 nəfər olub ki, bu da martın 2-dən bəri ən yüksək göstərici sayılır.

Qeyd edək ki, səlahiyyətlilər 46 159145 britaniyalının koronavirus əleyhinə peyvəndin ilk dozasını vurdurduğunu və artıq 35 milyondan çox vətəndaşın tam şəkildə peyvəndlənmədən keçdiyini bildirirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koronavirus   Peyvənd  





Xəbər lenti