Bayden İraqın Baş naziri ilə danışıqlar aparacaq
Onun sözlərinə görə, əl-Kazıminin səfəri ölkələr arasındakı strateji tərəfdaşlığı göstərir və ikitərəfli əməkdaşlığın inkişafında daha bir addım olacaq. Siyasətçilər təhsil, səhiyyə, mədəniyyət, enerji və iqlim məsələlərini də müzakirə etmək niyyətindədirlər.
“Prezident Bayden, "İŞİD" terror qruplaşmasının tamamilə məhvini təmin etmək üçün ortaq səylər də daxil olmaqla, siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində İraqla ikitərəfli əməkdaşlığın gücləndirilməsini gözləyir", - Psaki bildirib.
Xatırladaq ki, iyunun 28-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriya-İraq sərhədi yaxınlığında üç hədəfi vurub. Ağ Ev sözçüsünün dediyinə görə, hava hücumlarına daxili qanunlara uyğun olaraq Prezident Bayden icazə verib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


