Kolumbiyada iş həftəsi azaldılır

Kolumbiyada iş həftəsi azaldılır
  17 İyul 2021    Oxunub:706
Kolumbiya Prezidenti İvan Duke işçilərin hüquqlarına xələl gətirmədən iş həftəsinin azaldılması barədə qanunu təsdiqləyib. Yeni qaydalara əsasən iş həftəsi tədricən 48 saatdan 42 saata endiriləcək.
Azvision.az xəbər verir ki, sənəd işəgötürənin beş il ərzində iş gününü azaltmaq öhdəliyini müəyyənləşdirir.

"Yeni qayda Qlobal Hüquqlar Qanununda təsbit edilmiş və eyni zamanda Konstitusiyamızın bir hissəsi olan inkişaflarla ayaqlaşmağa imkan verir. Bu razılaşma ilə Kolumbiyanın iş təhlükəsizliyi sahəsində ən yaxşı təcrübələri tətbiq etdiyini bildiririk", - Prezident deyib.

Xatırladaq ki, qanun qüvvəyə mindikdən iki il sonra həftədə bir iş saatı, üç ildən sonra daha bir iş saatı azaldılacaq. Növbəti iki ildə isə 4 saat azaldılaraq iş həftəsi 42 saata endiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kolumbiya   İşsaatı  





Xəbər lenti