2,5 min əfqanın ABŞ-a köçməsinə icazə verilib

2,5 min əfqanın ABŞ-a köçməsinə icazə verilib
  17 İyul 2021    Oxunub:1021
ABŞ, əvvəlcədən planlaşdırıldığı kimi 2500 əfqanı üçüncü ölkəyə deyil, birbaşa öz ərazisinə aparacaq. 10 min əfqan isə Birləşmiş Ştatların xarici ölkələrdəki bazalarında yerləşdriləcək.
Azvision.az xəbər verir ki, bu barədə “NBC News” Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ Prezidenti Co Bayden daha əvvəl Birləşmiş Ştatlarla əməkdaşlıq edən minlərlə Əfqanıstan vətəndaşını ölkədən təxliyyə edəcəyini açıqlamışdı.

Dövlət Departamenti və Pentaqon rəsmilərinin dediyinə görə, 2500 əfqan –təxliyyə edilənərin ümumi sayının nisbətən az bir hissəsidir. Həmin şəxslər artıq təhlükəsizlik yoxlamasından keçiblər və bu, onların ailələri ilə birbaşa ABŞ-a aparılmasına imkan verir. Tibbi müayinədən keçdikdən sonra əfqanların qaçqın olaraq ABŞ-da qalmasına icazə veriləcək.

Digər 10 min nəfər isə xaricdəki ABŞ hərbi bazalarına və yaxud üçüncü ölkələrə aparılacaq. Evakuasiyanın bir neçə gün ərzində başlayacağı güman edilir.

ABŞ-la işləyən 20 min nəfərdən çox əfqan Amerika qoşunlarının geri çəkilməsindən sonra öz həyatları üçün təhlükə səbəbindən bu ölkəyə köçmək üçün müraciət edib. Pentaqon, avqustun sonuna qədər bütün əsgərlərini Əfqanıstandan geri çəkmək niyyətindədir və yalnız paytaxt Kabildəki səfirliyi qorumaq üçün kiçik bir kontingent saxlayacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti