Ukraynada helikopter qəzası, ölənlər var

Ukraynada helikopter qəzası,  ölənlər var
  17 İyul 2021    Oxunub:1170
Ukraynanın Nikolayev vilayətində Mi-2 helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

"17 iyul saat 06:08-də Nikolayev bölgəsinin Zayvoe kəndi yaxınlığında Mi-2 helikopteri qəzaya uğrayıb. Ardınca yanğın başlayıb. Nəticədə 2 nəfər - pilot və pilot köməkçisi ölüb. Yanğın 06: 35-də söndürülüb", - məlumatda vurğulanır.

Qeyd olunub ki, ölənlərin cəsədlərinin çıxarılması və yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Xidmətindən 8 əməkdaşı və 2 texnika cəlb olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna   Helikopter  



Xəbər lenti