Ermənistanda virusa gündəlik yoluxma artıb

Ermənistanda virusa gündəlik yoluxma artıb
  17 İyul 2021    Oxunub:1747
Ermənistanda son sutka ərzində daha 187 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 227 298 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 1 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4559-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1111 nəfərdir. Aktiv xəstələrin sayı 3386 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  





Xəbər lenti