Rusiyada virusdan ölənlərin sayı 147 mini ötüb

 Rusiyada virusdan ölənlərin sayı 147 mini ötüb
  17 İyul 2021    Oxunub:1276
Rusiyada son sutka ərzində koronavirusa 25 116 yeni yoluxma halı qeydə alınıb. Ölkə üzrə virusa yoluxanların sayı 5 933 115 nəfərə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən gün virusa yoluxmuş 787 nəfər vəfat edib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 147 655 nəfərə çatıb.
Ümumilikdə 5 322 345 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Rusiya  



Xəbər lenti