Polis erməni müxalifətçini ölümcül döydü- VİDEO
“Qarabağda öldürülmüş döyüşçü Abqar Nazaryanın atası, politoloq Qeqam bölməyə aparılarkən huşunu itirib ki, bunu onun ölümcül şəkildə döyülməsi ilə əlaqələndirirlər. Faktiki olaraq Nikol əvvəlcə oğlanı ölümə göndərdi, indi isə onun atasını polislərin əli ilə asfalta atdı...",-yerli media yazıb.
İnsidentlə bağlı yayılan videogörüntülərdə Nazarayana qarşı qeyri-insani davranıldığı iddia edilir.
Bildirilir ki, hadisə barədə məlumatı ilk olaraq Hrant Avetisyan adlı ictimai fəal paylaşıb. O hakimiyyətin və polisin bu davranışların cavabını verəcəyini söyləyib.
Qeyd edək ki, Qeqam Nazaryan tez-tez hakimiyyət əleyhinə kəskin çıxışlar edir, müharibədəki biyabırçı məğlubiyyətlə bağlı açıqlamalar verirdi. Onun Nikol Paşinyana müxalif siyasi qüvvələrə dəstək verməsi də diqqət çəkirdi.
Tural Tağıyev
Azvision.az
Teqlər: Polis Politoloq Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


