Şəhid ailələri yeni mənzillərində necə yaşayır - FOTOREPORTAJ

  18 İyul 2021    Oxunub :3059
 Şəhid ailələri yeni mənzillərində necə yaşayır -  FOTOREPORTAJ
Bu həftə Prezidenti İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə yeni mənzillər, avtomobillər təqdim etdi. Beləliklə, bu günə qədər mənzil verilən elə ailələrin sayı on minə çatdı. Bəs əvvəllər təqdim edilən mənzillərdə şəhid və müharibə əlillərinin ailələri necə yaşayırlar?
Suala cavab vermək üçün AzVision.az-ın fotoreportyoru Anar Bayramlı Bakının Ramana qəsəbəsindəki şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş kompleksə baş çəkib. Həmin kompleksin açılışına dövlət başçımız bu ilin fevralında getmişdi.


Ramanadakı şəhərcikdə otuz doqquzmərtəbəli bina inşa edilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün infrastrukturla təchiz edilib. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər geniş, işıqlıdır. Uşaq bağçası, 1200 şagird yerlik məktəb də var.


Şəhid və müharibə əlillərinin ailələri hər şeyin ən yaxşısına layiqdirlər. Mənzilin də həmçinin. Verilən mənzillər həqiqətən də onların rahat məişət qurması üçün uyğundur.







































Azvision.az

Teqlər:






Xəbər lenti