Çində 1,43 milyarddan çox peyvənd vurulub

Çində 1,43 milyarddan çox peyvənd vurulub
  17 İyul 2021    Oxunub:830
Çində kütləvi peyvəndlənmə kampaniyası çərçivəsində əhaliyə 1,43 milyarddan çox COVID-19-a qarşı vaksin vurulub. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin açıqlamasında bildirilir.
Lakin ümumilikdə neçə nəfərin peyvənd olunduğu, birinci və ikinci dozanı alanların statistikası açıqlanmır.

"16 iyul tarixinə olan məlumata görə, Çinin 31 bölgəsidə koronavirusa qarşı 1 milyard 437 milyon 623 min peyvənd vurulub", - məlumatda vurğulanıb.

Çinin tənəffüs xəstəlikləri üzrə aparıcı mütəxəssisi Cun Nanşan deyib ki, iyul ayında əhalinin 40% -nin, ilin sonuna qədər isə 80% -nin koronavirusa qarşı peyvənd olunması planlaşdırılır. Hazırda Çinin əhalisinin neçə faizinin peyvəndləndiyi barədə rəsmi statistika yoxdur. Ölkədə "Sinovac", "Sinopharm" peyvəndlərindən istifadə olunur. Vaksinasiya pulsuz və könüllüdür.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Peyvənd  





Xəbər lenti