Bəşər Əsəd and içib

Bəşər Əsəd and içib
  17 İyul 2021    Oxunub:1495
Suriyada keçirilən prezident seçkilərində qələbə çalan Bəşər Əsəd and içib. Mərasimdə parlament sədri və üzvləri, siyasətçilər, partiya liderləri, elm və ictimai xadimlər iştirak ediblər.
Azvision.az bu barədə “SANA” dövlət agentliyinə istinadən məlumat verir.

Andiçmə mərasimindən sonra Əsəd xalqa müraciət edib. O deyib ki, xalqın birliyi sayəsində Suriya özünü kifayət qədər müdafiə etdi.

Suriyada prezident seçkiləri 26 mayda keçirilib. Ölkənin bütün əyalətlərində 12 min, habelə xaricdəki diplomatik nümayəndəliklərində 46 seçki məntəqəsi yaradılmışdı. Seçkilərdə ümumilikdə 14,2 milyon suriyalı iştirak edib, seçici fəallığı 78,64% olub. Rəsmi məlumata görə, hazırkı dövlət başçısı Bəşər Əsəd səslərin 95,1% -ni toplayıb. 55 yaşlı Əsəd dördüncü dəfədir ki, prezident seçilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Suriya   BəşərƏsəd  



Xəbər lenti