Sisian meri həbs edildi
Xatırladaq ki, Ermənistanın Baş Prokurorluğu 13 iyulda Sarkisyanın toxunulmazlığının ləğvi üçün ölkənin Mərkəzi Seçki Komissiyasına müraciət göndərmişdi. İyulun 15-də MSK onu təsdiqləyib və sonra mer saxlanılıb. Sarkisyan sabiq preident Robert Koçaryanın lideri olduğu”Ermənistan” blokundan erkən parlament seçkilərində deputatlığa namizəd olub.
Vəkil Xaçatryan məhkəmə qərarını siyasi xarakterli adlandırıb. A.Sarkisyan büdcə vəsatini mənimsəməkdə təqsirli bilinir.
Qeyd edək ki, iyulun 10-da Ermənistanın Sünik bölgəsinin Kaçaran şəhərinin meri Manvel Paramazyan da iki ay müddətinə həbs edilmişdi.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ERmənistan Mer Həbs







Vaxtında, Aydın, Lazımlı!


