Almaniyada sel nəticəsində ölənlərin sayı 141 nəfər oldu
Çərşənbə axşamı gecə yağan güclü yağışlardan sonra bu ərazilərdə yaşayış məntəqələri su basmağa başlayıb. Fəlakət körpülərin və yolların dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub.
Almaniyanın qərbində hərbi fəlakət rejimi elan edilib. Fəlakətin nəticələrinin aradan qaldırılmasında 850 hərbçi cəlb olunub. Kansler Angela Merkel bazar günü fəlakət bölgəsini ziyarət edəcək.
Daşqınlar yalnız Almaniyada deyil, Belçika və Hollandiyada da meydana gəlib.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


