Almaniyada təyyarə qəzası- Ölən var

Almaniyada təyyarə qəzası-    Ölən var
  17 İyul 2021    Oxunub:1947
Almaniyanın Baden-Vürtemberq əyalətinin Böblingen bölgəsində yüngülmatorlu təyyarənin düşməsi nəticəsində 3 nəfər ölüb. Bu barədə SWR teleradio şirkəti polisə istinadla xəbər verib.
Teleradio şirkətinə görə, təcili yardım xidmətləri tək mühərrikli Piper təyyarəsinin qalıqlarını aşkarlayıblar. Polis üç nəfərin ölümünü təsdiqləyib. Onların şəxsiyyətləri hələ müəyyənləşdirilməyib. Məlumata görə, cəsədlərin çıxarılması üçün işlər davam edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Almaniya   qəza  



Xəbər lenti