Yaponiyada torpaq sürüşməsi qurbanlarının sayı artdı

Yaponiyada torpaq sürüşməsi qurbanlarının sayı artdı
  18 İyul 2021    Oxunub:985
Yaponiyanın Atami şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ölənərin sayı 15 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilib ki, bu gün xilasedicilər başqa bir nəfərin cəsədini də tapıblar. Lakin sürüşmənin onun ölümünə səbəb olub olmadığı hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, iyulun 3-ü saat 10 radələrində Tokionun cənub-qərbində, Sidzuoka prefekturasının Atami şəhərində güclü sürüşmə baş verib. Fəlakətdən dərhal sonra şəhər rəhbərliyi dəqiqləşdirilməmiş məlumatlara görə, itkin düşənlərin sayının 20 nəfər olduğunu bildirib. Lakin sonradan sənədlər əsasında ərazidə 215 nəfərin yaşadığı məlum olub. Sürüşmə nəticəsində təxminən 130 ev yararsız vəziyyətə düşüb. Bu vaxta qədər 14 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. 500-dən çox insan müvəqqəti otellərə yerləşdirilib.

Fəlakət bölgəsində axtarış işləri davam edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Yaponiya   sürüşmə  





Xəbər lenti