Ermənistanda son sutkada 132 nəfər virusa yoluxub

Ermənistanda son sutkada 132 nəfər virusa yoluxub
  18 İyul 2021    Oxunub:1140
Ermənistanda son sutka ərzində daha 132 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 227 430 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 566-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1112 nəfərdir.

Aktiv xəstələrin sayı 3421 nəfər təşkil edir.

Azvision.az



Teqlər: Ermənistan   virus  





Xəbər lenti