Almaniya seldən çıxmamış, neftə düşdü

Almaniya seldən çıxmamış, neftə düşdü
  18 İyul 2021    Oxunub:1868
Almaniyanın qərbində sel dağıntılarına məruz qalmış bölgədə neft axması baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Bildirilib ki, daşqın nəticəsində Hükesvaqen şəhərinin ətrafındakı bir çox müəssisəni su basıb, neft və digər maddələr axıb. Mütəxəssislər hazırda su və hava nümunələri toplayır. Çirklənmiş suyun yerli su anbarına daxil ola biləcəyi ehtimal olunur. Hal-hazırda orada üzgüçülük, dalış, balıq ovu və qayıq gəzintiləri qadağandır.

Qeyd edək ki, Almaniyanın qərbində leysan yağışları nəticəsində keçən həftə sel başlayıb. Daşqın daha çox Şimali Reyn-Vestfaliya, Reynland-Pfalz, Saksoniya, Bavariya federal əyalətlərinə zərər verib.

Fəlakət nəticəsində ölənlərin sayı hazırda 155 nəfəri ötür, bir çox insanın itkin olduğu bildirilir. Almaniya kansleri Angela Merkel bu gün fəlakət bölgələrini ziyarət edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti